18 May 2014 18:29
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 15-də Qarabağ kanalının Ağcabədidən keçən hissəsində suda çimərkən batan Ceyhun Talıbovun cəsədi tapılıb.

Teleqraf.com-un məlumatına görə, su gəncin cəsədini təqribən 10 km aparıb.

Ceyhun Talıbovun cəsədi Ağcabədi rayonunun Ağgöl adlanan ərazinin yaxınlığında bu gün saat 17:30 radələrində aşkarlanıb.

Cəsəd artıq polisə təhvil verilib.

Xatırladaq ki, Ceyhun Talıbov Ağcabədi rayon 4 saylı məktəbin 11-ci sinif şagirdi olub.


Müəllif: