21 Mart 2015 13:23
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Yaqub Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin iyulun 31-də Xəzər rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Maştağa-Buzovna yolu, Albalılıq adlanan ərazidə qeydə alınıb.
Yaqub Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobilə nəzarəti itirərək onu yol kənarında olan işıq dirəyinə çırpıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin 44 yaşlı Etibar Quliyev ölüb.

Əraziyə təcili yardım avtomaşını gələnə qədər naməlum şəxs “VAZ 21011” markalı avtomobillə yaralını və hadisə nəticəsində dünyasını dəyişən sərnişinin meyitini götürərək oradan uzaqlaşıb. Araşdırmalar zamanı müəyyən edilib ki, qəza sürücünün avtomobili içkili halda yüksək sürətlə idarəetməsi səbəbindən baş verib. Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Yaqub Həsənov həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yaqub Həsənov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər