Füzuli rayonunda piyadanın xəsarət alması nəticələnən yol nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Füzuli Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayonunun Fin şəhərciyində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Zülfiyyə Səfiyarova vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - rayon sakini Dağbəyi Mürşüdov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov