23 Mart 2015 15:12
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq 9 yaşlı oğlana qarşı təcavüz edən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Oqtay Mayılovun cəzasının ağırlaşdırılması ilə bağlı protest verib.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Oqtay Mayılov ötən ilin yayında Sabunçu qəsəbəsində 9 yaşlı Seymuru (ad şəri verilib) zorlayıb. Həmin vaxt azyaşlı siqaret çəkirmiş. Oqtay azyaşlının siqaret çəkməsini anasına deyəcəyi ilə hədələyib və onu gizli bir yerə apararaq zorlayıb.

Oqtay Mayılov Cinayət Məcəlləsinin 150.1-ci (zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə itim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Mayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Oqtay Mayılovun cəzasının ağırlaşdırılmasını istəyib.

Prokurorluğun protesti hakim Əflatun Qasımovun icraatına verilib və məhkəmənin hazırlıq iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ittihamçı-prokuror Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Oqtay Mayılovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.

Hacı Zeynalov


Müəllif: