24 Mart 2015 12:41
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadın faciəli şəkildə öldü

Bakının Səbail rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Q.Abbasov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Şahbala Yüzbəyov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Masallı rayon sakini Sədiyyə Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: