24 Mart 2015 14:45
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtoxuliqana sərt cəza: 25 gün həbs edildi

Bakının Xəzər rayonunda avtoxuliqanlıq edən cəzalandırılıb. Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, Şüvəlan qəsəbəsinin ərazisində Aysən Həsənov idarə etdiyi “İnfiniti” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib. O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Martın 19-da Nərimanov rayon məhkəməsi tərəfindən Aysən Həsənov İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 25 gün müddətinə həbs edilib.

Hacı Zeynalov


Müəllif: