24 Mart 2015 19:39
463

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun H.Əliyev prospektindəqeydə alınıb. Bakı şəhər sakini Elvin Məmmədli idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: