24 Mart 2015 18:55
638

Göyçay rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Kənd sakini Vəzir İbrahimov həyat yoldaşı Gülnarə İbrahimova arasında ailə münaqişəsi zəminində dava baş verib. Kişi qadını döyüb, qadın isə mətbəxdən götürdüyü bıçaqla ərinin ayağının bud nahiyəsinə xəsarət yetirib. Bıçaq ayağın şah damarını kəsdiyi üçün Vəzir İbrahimov qısa vaxtda çoxlu qan itirməsi nəticəsində ölüb.

Gülnarə İbrahimova həbs edilib.

Hacı Zeynalov


Müəllif: