Bakıda Quba rayonuna bayram keçirməyə gedən gənc cinayətlə üzləşib. Bu barədə Teleqraf.com-a Quba Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, martın 21-də Bakı şəhər sakini Elvin Rəsulov polis şöbəsinə müraciət edərək martın 20-də Çiçi kəndindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sumqayıt şəhər sakini Elvin Əliyev tərəfindən qaçırılması və Şabran rayonu ərazisində idarə edilərkən yol ayırıcısına vurulması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov