Lənkəranda iki ay əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də baş verən oğurluq edən şəxs həbs edilib.
Lənkəran sakini Könül Hüseynovanın evindən məişət əşyaları oğurlamış Boladi kənd sakini Aqil Əliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov