26 Mart 2015 12:06
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Goranboy Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Dəlməmmədli-Yolqular yolunda qeydə alınıb.

Məlumata görə, Goranboy rayon sakini,1993-cü il təvəllüdlü Anar Mahmudov idarə etdiyi “VAZ-2106” markal avtomobili qarşıdan gələn “ZİL” markalı su daşıyan maşına çırpıb.

Hadisə nəticəsində Anar Mahmudov və onun sərnişinləri 1990-cı il təvəllüdlü Selmi Mahmudova və 1997-ci il təvəllüdlü Ramil Mahmudov yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Hadisə zamanı Anar Mahmudov avtomobili yüksək sürətlə sürüb və nəticədə hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: