27 Mart 2015 10:11
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbənin “Yeni massiv” adlanan əraizində 1980-cı il təvəllüdlü Səbuhi Kərimov naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kiliniki Tibbi Mərkəzə gətirilib. Ona tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.

Polisdən verilən məlumata görə, Səbuhi Kərimovun kim tərəfindən bıçaqlanmasını müəyyən etmək hələki mümkün olmayıb. Səbəb isə yaralının vəziyyəti ilə bağlı onun dindirilməməsidir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: