Zərdabda bıçaqlanma hadisəsi olub.
Zərdab Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Bıçaqçı kəndində baş verib.
Bıçaqçı kənd sakini, 43 yaşlı Şamilov Baxış Ağaxan oğlu aralarında baş vermiş münaqişə zəminində həmkəndlisi, 33 yaşlı Abdullayev Etibar Məhəmməd oğlunu bıçaqlayıb. Yaralı Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 2 bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Abdullayevə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hadisəni törədən B. Şamilov hələlik saxlanılmayıb.
Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.