Bakıda sərnişin avtobusunun düşdüyü qəzada ölənlərin sayı iki nəfərə çatıb.
Dövlət Yol Polisindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.
Qeyd edək ki, Babək prospektində 90 VS 438 dövlət nömrə nişanlı 49 N-li “Daewoo” markali sərnişin avtobusu 90 LB 483 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəzaya səbəb "Mercedes" markalı avtomobilin sərnişin avtobusunun yolun çıxması göstərilir.
Qəzanın baş verdiyi Babək prospektində yolun bir tərəfi təmirə bağlanıb.