29 Mart 2015 10:46
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda qətl hadisəsi baş verib.

Ağsu Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, rayon sakini, 1961-ci il təvəllüdlü Mahir Mirzəyev naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi olan Mahir Mirzəyevi qətlıə yetirən şəxs rayon ərazisində daha bir ağır cinayət hadisəsi törədib. Mahir Mirzəyevi qətlə yetirən Ramiz Ələkbərov xarab olan avtomobilini düzəltmək adı ilə maşın ustası Sərxan Soltanovu kirayə yaşadığı evə çağırıb.

Sərxan Soltanov da çağırılan ünvana gəlib. Ramiz Ələkbərov əvvəlcədən hazırladığı ov tüfəngi ilə Sərxan Soltanovu güllələyərək qətlə yetirib və daha sonra qaçıb.

Qeyd edək ki, qətlə yetirilən Mahir Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər