Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları H.Z.Tağıyev küçəsində yerləşən və mühafizə olunan “Rüfət” market mağazasından daxil olmuş “həyəcan” siqnalını yoxlayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Məlumatına görə, obyektin giriş qapısını sındıraraq oğurluğa cəhd edən 1993-cü il təvəllüdlü Quluzadə Nurlan Məhərrəm oğlu dərhal saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov