29 Mart 2015 15:49
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda quldurluq edən qrupun daha bir üzvü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Ramin Yarməmmədova və Tural Paşayevə qarşı quldurluq etmiş qrupun digər üzvü - Rusiya Federasiyası vətəndaşı Gülhüseyn Sadıqov tutulub.

Hacı Zeynalov


Müəllif: