Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Azər Əliyevə qarşı xuliqanlıq etmiş Bakı şəhər sakini Taleh Hüseynov və Lerik rayon sakini Vüsal Əliyev tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a veriıən məlumata görə, saxlanılan şəxslərin cari il yanvar ayının 25-də Zirə qəsəbəsində yerləşən daş karxanasına gəlib orada nəzarətçi işləyən Bakı şəhər sakini Afiq Əliyevə qarşı quldurluğa cəhd göstərmələri, fevral ayının 5-də isə digər nəzarətçi, Bakı şəhər sakini Zamiq Tahirovu döyərək ondan 1050 manat almaları da müəyyən edilib.
Hacı Zeynalov