Bakının Səbail rayonunda Kolumbiya vətənadışna qarşı cinayət olub.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Kolumbiya vətəndaşı Ardila Rikardo Karlosa məxsus içərisində 55 manat və 200 ABŞ dolları, habelə kredit kartları və sənədlər olan pul kisəsini soyğunçuluq yolu ilə alıblar.
39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Tovuz rayon sakini Elmir Abdullayev və Bakı şəhər sakini Elvin Kərimov tutulublar.
Hacı Zeynalov