Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilənən Zərdab rayon sakinləri 1984-cü il təvəllüdlü Nürəddin Məmmədov və Cahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Nürəddin Məmmədov 10 il, Cahid Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs keçən il sentyabrın 1-də Yasamal rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar rayon sakini Vasif Hüseynova yolunu kəsərək zor tədbiq edərək ona qarşı quldurluq ediblər.
Hacı Zeynalov