Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Əfqanıstan vətəndaşı Məsud Ramazani naməlum şəxsin hücumu ilə üzləşib. Həmin şəxs Əfqanıstan vətəndaşının mobil telefonunu alaraq hadisə yerindən qaçıb.
Məsud Ramazani soyğunçuluqla üzləşməsi ilə bağlı 13-cü polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bu, Ağstafa rayon sakini Elşən Məmmədovdur. O, həbs edilib. Elşən Məmmədovun əvvəllər məhkumluq həyatı yaşaması da üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov