30 Mart 2015 12:10
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda evdən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ülviyyə Mikayılovanın evindən 160 manat və 700 ABŞ dolları, habelə qızıl əşyalar və sənədlər oğurlanıb.

Ülviyyə Mikayılova oğurluq hadisəsinin baş verməsi ilə bağlı 14-cü polis bölməsinə şikayət edib. Polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Sevinc Balayeva tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: