Bakının Binəqədi rayonunda qəza törədən sürücü həbs edilib. Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-də Məhbubə Quliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü müəyyən edilib.
Qəzanın “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Anar Qasımov tərəfindən törədilməsi üzə çıxıb. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov