Lənkəranda iki nəfəri döyərək qarət ediblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə martın 29-da Lənkəran şəhərində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 4 nəfər Şamaxı rayon sakinləri Cəsarət Əmrahovu və Ruslan Mirzəyevi zorla “Chevrolet” markalı avtomobilə oturdub və Aşağı Nüvədi kəndinə apararaq döyüblər. Dəstə üzvləri Şamaxı sakinləri bıçaqla hədələyərək onlardan 1400 manat alıblar.
Lənkəran polisi hadisəni törədənlərdən Aşağı Nüvədi kənd sakinləri Şamxal Bağırov və Famil Babazadə tutublar. Digər şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov