Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də “Birlikbank”ın idarə heyətinin sədr müavini Heydər Rzayev, bankın əməkdaşları Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Abdulla Abdullayev çıxış edib. O, digər təqsirləndirilən şəxslərin heç bir günahı olmadıqlarını, onun tapşırıqları ilə hər bir işi gördüklərini bildirib.
Bundan sonra təqsirləndirilən şəxslərdən Birlik Bankın sabiq sədr müavini Heydər Rzayev ifadə verib. O, bildirib ki, Abdulla Abdullayevin bankın idarə heyətinin qərarlarını aidiyyatı olmayıb. O, Abdulla Abdullayevdən heç bir tapşırıq almadığını deyib.
Heydər Rzayev istintaqa verdiyi ifadələri xatırlamadığını deyib. Onun məhkəmədə ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadələr arasında ziddiyyət olub. Bu zaman Abdulla Abdullayev onunla birlikdə eyni müttəhimlər kürsüsündə əyləşən keçmiş işçisini ittiham edib: “Bu Heydər ibtiadi istintaqa ifadə verəndə müstətiqdən quzu qurddan qorxduğu kimi qorxub”.
Hakim Əfqan Hacıyev isə Abdulla Abdullayevin replikasına cavab verərək, Heydər Hüseynovun indi çıxışında niyə qorxmadığını soruşub. Abdulla Abdullayev məhkəmədə onun “qurd” olmadığını deyib.
Təqsirləndirilənlərdən Nadejda İsmayılova da çıxışında ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. Elşən Namazov da çıxışında özünü təqsirli bilməyib. O, ittiham aktının mahiyyətinin aydın olmadığını, cinayət işinin əsassız olduğuny vurğulayıb.
Elşən Nəcəfov gördükləri işlərin müqavilə öhdəlikləri əsasında işlədiklərini, bunun da mülki qaydada həll olunmasını qeyd edib. Məhkəmə martın 31-də davam etdirilıcək.
Qeyd edək ki, Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız Abdulla Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
Hacı Zeynalov