Bakının Nizami rayonunda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Hüseynov saxlanılıb. O, martın 26-da Fərəc Həsənova məxsus mağazadan 400 manat oğurlayıb.
Cəlilabad polisi də mağazadan oğurluq edən rayon sakini Əmrah Nadirovu yaxalayıb. O, martın 28-də Azad Mayılova məxsus mağazadan 240 manat, danışıq kartları və tütün məmulatı oğurlayıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov