30 Mart 2015 18:04
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Əlihüseyn Fətəlluyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən ilin noyabrın 11-də Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında 18 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 20 yaşlı Polad Nəbiyevi bıçaqla qətlə yetirib. Xaçmaz rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlihüseyn Fətullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər