31 Mart 2015 15:23
524

Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Abşeron Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Bakı şəhər sakini Tural İsgəndərovun idarə etdiyi “VAZ-2106” və Şəki rayon sakini İlqar Həmzətovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Tural İsgəndərovun sərnişini, anası Ətirə İsgəndərova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: