Abşeron rayonunda taksi sürücüsünə quldurluq edənlər həbs edilib.
Bu barədə Teleqraf.com-a Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də İntiqam Ağayevin “Hyundai” markalı avtomobilni quldurluq yolu ilə almış şəxslər müəyyən edilib.
Bunlar Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasovdur. Hər iki şəxs həbs edilib.
Qeyd edək ki, naməlum şəxslər metronun 20 yanvar stansiyasının yaxınlığında Yasamal rayon sakini, 53 yaşlı İntiqm Ağayevin taksi kimi istifadə etdiyi “Hyundai” markalı avtomobilinə miniblər.
Həmin şəxslər taksi sürücüsündən onları Abşeron rayonu “At yalı” adlanan əraziyə aparmasını istəyiblər. Müştərilər maşınına əyləşəndən sonra taksi sürücüsü avtomobili deyiləm ünvana sürüb. “At yalı” kimi tanınan əraziyə çatanda isə müştərilər İntiqam Ağayevə qarşı zorakılıq göstəriblər. Həmin şəxslər taksi sürücününü əl nahiyəsinə bıçaqla xəsarətlər yetiriblər. Daha sonra onlar İntiqam Ağayevin əl-qolunu bağlayıblar və onu avtomobilin yük yerinə qoyublar.
Naməlum şəxslər avtomobili idarə edərək yol kənarına gəliblər və İntiqam Ağayevi əl-qolu bağlı yol kənarına ataraq avtomobili sürərək oradan gediblər. İntiqam Ağayev yaxınlıqdan keçən yük maşınlarından birinin sürücüsü görüb və dərhal Abşeron Rayon Polis Şöbəsinə məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları İntiqam Ağayevi xəstəxanaya çatdırıblar. Orada İntiqam Ağayevə tibbi yardım göstərilib. İntiqam Ağayev istintaqa verdiyi ifadəsində bildirib ki, qaçırılan avtomoblində iki ədəd mobil telefonu və şəxsi sənədləri də olub.
Hacı Zeynalov