1 Aprel 2015 09:11
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçuda məktəbdə yanğın olub

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.

Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: