Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi Səbail rayonunda baş verən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Tahir Talıbovun paytaxtın Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
qeyd edə ki, qətl hadisəsi bu ilin martın 14-də İçərişəhər ərazisində baş verib. Həmin gün 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirilib. Cinayəti törədən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Cahangirov yaşadığı rayonda həbs edilib və Bakıya gətirilib.
Araşdırmalar zamanı məlum olub ki, Məhəbbət Cahangirov ekstrasensi yazdığı duaya görə öldürüb. Əsəb xəstəsi olan Məhəbbət Cahangirov falçının yanına gəlib. Tahir Talıbopv da ona dua yazıb. Amma həmin dua Məhəbbət Cahangirova mənfi təsir edib və bu səbəbdən də qətl hadisəsini törədib.
Məhəbbət Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olub.
Qeyd edək ki, Tahir Tahirov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olub.
Hacı Zeynalov