1 Aprel 2015 11:38
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Teleqraf.com-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla Azərbaycana gələn Əhmədova Pərvanə Ədahil qızı saxlanılıb və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İ.Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər