1 Aprel 2015 12:21
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda mağazadan oğurluq edilib.

Ucar Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Teymur Məmmədova məxsus mağazadan 300 manat və tütün məmulatı oğurlanıb. Teymur Məmmədov oğurluq hadisəsinin baş verməsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərgüşad kənd sakini Əhliman Abbasov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: