1 Aprel 2015 12:40
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda meyit aşkar olunub.

Bu barədə Teleqraf.com-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, meyit Ələt qəsəbəsi ərazisində tapılıb. Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəlib. Araşdırma zamanı tapılan meyitin kimliyi müəyyən edilib.

Bu Sabirabad rayon sakini Mərifət İsmayılovdur. O, 2006-cı ilin iyun ayında itkin düşmüş kimi Sabirabad rayon Polis Şöbəsi tərəfindən axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: