1 Aprel 2015 13:02
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirli bilinən 1997-ci il təvəlüdlü Orxan Quluzadə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Orxan Quluzadə Bakı şəhər sakini 32 yaşlı Vahab Hacıyev və Tovuz rayon sakini 21 yaşlı Nicat Həsənovu bıçaqlayıb. Hər iki şəxs Kliniki Tibbi Mərkəzdə tibbi yardım alıb. Bu səbəbdən də onların həyatını xilas etmək mümkün olub.

Onlara xəsarət yetirməkdə şübhəlı bilinən 17 yaşlı Orxan Quluzadə saxlanılıb və ifadəsi alınıb. Onun barəsində Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirlən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər