Bakının Binəqədi rayonunda mağaza işçisi bıçaqlanıb.
Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Murad Əliyev işlədiyi mağazada quldurluqla üzləşib. Mağazaya girən naməlum şəxslər Murad Əliyevə bıçaqla xəsarət yetirib və kassada olan 130 manatı oğurlayıblar.
5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Zahid İsmayılov və Elnur Əsədli tutulublar.
Hacı Zeynalov