1 Aprel 2015 14:17
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Ramil Zalov naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəxə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüd Sultanov tutulub.

Hacı Zeynalov


Müəllif: