1 Aprel 2015 14:26
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda intihar edən qadının kimliyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü 9-cu mərtəbədən atan qadını kimliyi müəyyənləşib. Bu, Ağdam rayonundan məcburi köçkün olan 1985-ci il təvəllüdlü Gülnaz Bəkirovadır. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər