1 Aprel 2015 15:06
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə cibgirlik edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Çaparlı kənd sakini Fəzayıl Əliyevin cibindən 170 manat oğurlanıb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sahib Hüseynov tutulub. Ondan 167,26 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: