2 Aprel 2015 15:19
584

Bakının Binəqədi rayonunda kafedən pul oğurlanıb.

Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Bəhlul Vəliyev tutulub. O, martın 15-də rayon ərazisində olan kafelərdən birində Astara rayon sakini Elvin Mikayılovun 700 manatını oğurlayıb.

Hacı Zeynalov


Müəllif: