2 Aprel 2015 15:28
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində bankomatdan pul oğurlamağa cəhd etməkdə təqsirləndirilən Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahirin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə “Modemis” MMC-yə və "Komtek LTD" MMC-nə məxsus “Paypoint” ödəniş aparatlarını və 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından 1592 manatı oğurlamaları, Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Yuxarıda sadalanan cinayət əməllərində şübhəli bilinən Rahid Zamanov və Cəmil Ələkbərov da saxlanılaraq məsuliyyətə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Tahirov 10 il, E. Tahirov 9 il, C. Ələkbərov 9 il , R. Zamanov 8 il, M. Alırzayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Onların şikayəti baxılması üçün apelyasiya instansiyasına göndərilib. Dünən təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Daha sonra məhkəmə baxışı aprelin 6-na təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər