2 Aprel 2015 16:08
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış iş adamının düşdüyü avtomobil qəzasında təqsirli bilinən Əhliman Hüseynov və İlham Əsgərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 27-də Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Pərvin Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən 16 yaşlı Sənan Mirzəyev orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 8-nə təyin edilib.

Qeyd edək ki, ölən Sənan Mirzəyevin “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu olduğu bildirilir. İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər