2 Aprel 2015 17:04
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun barəsində olan cinayət işi üzrə qərardan verilmiş kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir.

Hökmdən təqsirləndirilən şəxs və onun vəkili də apelyasiya şikayəti verib. Müdafiə tərəfi Rasim Məmmədova ağır cəza verildiyini əsas gətirib. Vəkil şikayətində Rasim Məmmədovun cəzasının yüngülləşdirilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayəti təmin edilməyib.

Bu səbəbdən də həm Baş Prokurorluq, həm də təqsirləndirilən şəxs Ali Məhkəməyə kasasiya protesti və kasasiya şikayəti ilə müraciət ediblər. Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər