Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qaradağ Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 34 yaşlı Günay Sadıqova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Günay Sadıqova qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində Günay Sadıqovanın həyatını xilas etmək mümkün olub.
Günay Sadıqovanın keçmiş həyat yoldaşı hadisəni törədəndən sonra gizlənib. Hazırda polis onun tutulması üçün əməliyyat axtarış tədbirləri həyata keçirirlər.
Günay Sadıqova martın 31-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ərindən boşanıb. Hadisə vaxtı qadının əri sərxoş vəziyyətdə evə gəlib və boşanma səbəbi ilə qadınla mübahisə edib. Mübahisə zamanı qadına xəsarət yetirən kişi qaçıb. Günay Sadıqova üç uşaq anasıdır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov