Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda qayıqla dənizə çıxan 2 balıqçı xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru hərəkət edərək batmaq təhlükəsi ilə üzləşib.
FHN-in dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Balıqçılar dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Əməliyyat saat 08:42-də başa çatıb.