3 Aprel 2015 15:22
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və digər cinayətlərdə təqsirləndirilən 18 nəfərlik dəstə üzvlərinin - İbrahim Miriyev, Xəzər Əhmədov, Rauf Rəhimov, Şahin Niftəliyev, Oqtay Zəkiyev, Tacəddin Qafarov, Təvəkkül Seyidov, Rafael Əliyev, Kamil Salayev, Elməddin Quliyev, Pərviz Hüseynov, Tural Cavadzadə, Kənan Qasımlı, Kənan Alıyev, Azad Cəbrayılov, Rauf Mahmudov, Rəşad Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirləndən Rauf Rəhimov ifadə verməkdən imtina edib. Kənan Qasımlısa isə ona verilən 3 oğurluq ittihamı üzrə yalnız birində iştirak etdiyi qeyd edib. “Mənim üstümdə 3 oğurluq epizodu var. Yalnız mən birində iştirak etmişəm. Qalan ikisini isə Binəqədi rayon Polis Idarəsində zorla boynuma qoyublar. Gətirib qabağıma qoydular ki, imzala”.

Bundan sonra təqsirləndirilən Tural Cavadzadə ifadə verib. O da, ifadəsində yalnız bir epizodda oğurluq etdiyi bildirib. “Məni burada mütəşəkkil cinayətkar dəstənin üzvü kimi göstərirlər. Halbuki, yalnız bu saxlanılan şəxslərdən Kənan Qasımlını tanıyıram. O da ki, bizim hər ikimiz Tuareq markalı avtomobildən pul oğurlamışıq. Məni də 4 epizodun iştirakçısı kimi ittiham olmuşam. Mən yalnız maşından oğurluq etmişəm. Bunu etiraf edirəm. Qalanları uydurmadır”.

İttiham olunanlardan Rafael Əliyev ifadəsində narkotik alüdəçəsi olmadığını, yalnız quldurluq epizodunda iştirak etdiyini bildirib. “Məni narkotikdən istifadə etməmişəm. Quldurluq hadisəsi törətmişik. Deməli, Quliyev Elməddin, Cahandar, Rauf Rəhimov birgə kafedə oturduq. Spirtli içki qəbul etdiki. Bu zaman hər birimizin vəziyyəti yaxşı olmadığını bir-birimizə dedik. Rauf Həzi Aslanovda bir müəllimin olduğu, evdə çox vaxt olmadığı dedi. Uşaq hazırlaşdırdığını, evdə pul olacağını bizə dedi. Vəziyyətimiz çox pis idi. Razılaşdıq. Getdik. Evə çatanda Rauf qapını döydü. Mən isə bizə evdə heç kimin olmadığı dediyi üçün etiraz etdim. Qapı açıldı. Kişini həmin an tutdum içəri saldım. Əllərini bağladıq. Gözünü yumduq ki, bizi sonra tanımasın. Pulu götürüb aradan çıxdıq”.

Təqsirləndirilənlərdən Amil Salayev 3 epizodda ittiham olunduğu bildirib. “Mən əslində iki oğurluqda iştirak etmişəm. İki dənə VAZ 2107 avtomobilli oğurladım. Hamısı tək eləmişəm. Burada mənlə bir yerdə mütəşəkkil dəstə altında oturan heç bir kəsi tanımıram”.

Qeyd edək ki, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Polisin keçirdiyi əməliyyat zamanı mütəşəkkil dəstə tutulub. İstintaq dövründə onların çoxsaylı oğurluq və quldurluq cinayətləri üzə çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər