3 Aprel 2015 17:41
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Fikrət İbadov həyat yoldaşı Aysel İbadovanı və qayınanası Əfsanə Abbasovanı bıçaqlayıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisəni törədən Fikrət İbadov həbs edilib. O, istintaqa verdiyi ifadəsində hadisənin ailə mübahisəsi zəminində törətdiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər