3 Aprel 2015 17:58
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.

Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Üç nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Şərur rayon sakini Şükür Quluzadənin idarə etdiyi “Mercedes” markalı avtomobilə miniblər. Onlar Şükür Quluzadədən Qaraçuxur qəsəbəsi istiqamətinə sürməsini istəyiblər. Bakıxanov qəsəbəsinin ərazisində həmin şəxslər Şükür Quluzadəyə bıçaqla hədə-qorxu gəliblər və daha sonra 3500 manatını alıblar.

Taksi sürücüsü quldurluqla üzləşməsi ilə bağlı 13-cü polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər