4 Aprel 2015 01:19
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 112 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət olan ev əşyaları ilə birgə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Teleqraf.com


Müəllif: