Bakıda ictimai iaşə evində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hal-hazırda sökülnəkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edək ki, yanan binanın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.